Yuxarı
    Bağlamaq

    Sabah Bakıda daha bir yol bağlanır

    Bu, piyada keçidləri və yolgöstərici xətlərin yenidən rənglənməsi ilə əlaqədar baş tutacaq

    Bakı. 30 aprel. REPORT.AZ/ Sabah Bakı şəhəri Heydər Əliyev prospektinin “Hava limanı” yol qovşağından "Sabunçu” yol qovşağınadək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

    Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-dən "Report"a verilən məlumata görə, göstərilən ərazidə qismən məhdudlaşdırma Bakı şəhərində nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yolgöstərici xətlərin yenidən rənglənməsi səbəbindən səhər saat 10:30-dan axşam saat 17:00-dək tətbiq ediləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi