Bakı. 28 iyun. REPORT.AZ/ Bakı şəhərinin Xəzər, Sabunçu, həmçinin Sabirabad rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
Bu barədə "Report"a “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Məlumata görə, Azəriqaz İB-nin Təmir Tikinti İdarəsi tərəfində yeni çəkilmiş qaz xətlərinin mövcud xəttə qoşulması, qaz xətlərində aparılacaq təmir işləri və istismarı dayandırılmış qaz xətlərinin şəbəkədan ayrılması ilə əlaqədar sabah-iyunun 29-da saat 09:00-dan işlər yekunlaşanadək Xəzər rayonunun Zirə, Binə və Qala qəsəbələrinin, Sabunçu rayonunun Sabunçu və Bakıxanov qəsəbəsinin, Anaşkin adlanan ərazinin, eləcə də Sabirabad rayonunun bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.