Yuxarı

​Sabah Bakıda beynəlxalq tikinti sərgisi başlayır

Tədbirdə 29 ölkədən 490 şirkət iştirak edəcək

Bakı. 21 oktyabr. REPORT.AZ/ Oktyabrın 22-də "Baku Expo Center"də tikinti sahəsində Xəzəryanı regionun ən böyük tədbiri - XX Azərbaycan Beynəlxalq İnşaat Sərgisi (“BakuBuild-2014”) açılacaq. "Report"un xəbər verdiyi kimi, bu barədə sərginin əsas təşkilatçısı olan “ITE Group” şirkətinin icraçı direktoru Edvard Strun bu münasibətlə bugünkü mətbuat konfransında bildirib.

E.Strun qeyd edib ki, builki sərgidə 29 ölkədən 490 şirkət ən yeni texnologiyalarını təqdim edəcək. Azərbaycan paytaxtında 20-ci dəfə keçirilən bu sərgiyə son illər 100 minədək ziyarətçinin gəlməsi böyük göstəricidir. E.Strunun fikrincə, xüsusi marağa səbəb olan “BakuBuild” sərgisi, eyni zamanda Azərbaycanın tikinti sektorunun inkişafından xəbər verir.

Mətbuat konfransında qeyd olunub ki, 4 gün davam edəcək “BakuBuild” sərgisi çərçivəsində reallaşdırılacaq “Aqva-Therm Baku” və “CIPS Caspian” sərgilərində istehsalçı şirkətlər öz məhsullarını nümayiş etdirəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi