Yuxarı

​Sabah Azərbaycanla-İran arasında dəmir yolu körpüsünün təməli qoyulacaq

Mərasimdə Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi iştirak edəcək

Bakı. 19 aprel. REPORT.AZ/ Astara şəhərində Astara çayı üzərində dəmir yolu körpüsünün təməlqoyma mərasimi keçiriləcək.

İqtisadiyyat Nazirliyindən “Report”a verilən məlumata görə, aprelin 20-də keçiriləcək təməlqoyma mərasimindən sonra Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının görüşü keçiriləcək. 

Görüşdə komissiyanın həmsədrləri - Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi və iki ölkənin digər rəsmi şəxsləri iştirak edəcək.

Toplantıda iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri, o cümlədən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin səmərəliliyinin artırılması istiqamətində görüləcək işlər müzakirə ediləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi