Sabah Abşeron rayonu ərazisində içməli suyun verilişində fasilə olacaq

Sabah Abşeron rayonu ərazisində içməli suyun verilişində fasilə olacaq Müvəqqəti narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir
İnfrastruktur
5 Sentyabr , 2016 17:31
Sabah Abşeron rayonu ərazisində içməli suyun verilişində fasilə olacaq

Bakı. 5 sentyabr. REPORT.AZ/ Sentyabrın 6-da gün ərzində Abşeron rayonunun Saray, Novxanı, Mehdiabad, Digah, Fatmayı, Goradil qəsəbələrindəki bağ massivlərinə, həmçinin Bakının Sabunçu rayonunun Ramana, və Bülbülə qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində müəyyən fasilələr yaranacaq. Bu barədə “Report”a “Azərsu” ASC-dən məlumat verilib.

Məlumata görə, fasilə Bilgəh-Novxanı-Sumqayıt avtomobil yolunun yenidən qurulması layihəsi çərçivəsində Ceyranbatan-Maştağa magistral su xəttinin yeni çəkilmiş yola düşən hissəsinin yerinin dəyişdiriməsi ilə əlaqədardır.

Müvəqqəti narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Son xəbərlər

Orphus sistemi