Saatlı-Dədə Qorqud-Əhmədbəyli avtomobil yolunun tikintisinə 700 min manat ayrılıb

Saatlı-Dədə Qorqud-Əhmədbəyli avtomobil yolunun tikintisinə 700 min manat ayrılıb Bakı. 5 yanvar. REPORT.AZ/ Prezident İlham Əliyev yanvarın 5-də “Saatlı rayonunun Saatlı–Dədə Qorqud–Əhmədbəyli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.
İnfrastruktur
5 Yanvar , 2018 18:05
Saatlı-Dədə Qorqud-Əhmədbəyli avtomobil yolunun tikintisinə 700 min manat ayrılıb

Bakı. 5 yanvar. REPORT.AZ/ Prezident İlham Əliyev yanvarın 5-də “Saatlı rayonunun Saatlı–Dədə Qorqud–Əhmədbəyli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.

"Report" xəbər verir ki, dörd min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Saatlı–Dədə Qorqud–Əhmədbəyli avtomobil yolunun tikintisi məqsədilə dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 700 min manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Son xəbərlər

Orphus sistemi