Yuxarı
    Bağlamaq

    Rusiyanın "VİM-avia" şirkəti Bakı və Gəncəyə aviauçuşlar yerinə yetirəcək

    Bu məqsədlə şirkət rəsmi qurumlara müraciət edib

    Bakı. 28 iyul. REPORT.AZ/ Rusiyanın "VİM-avia" şirkəti "Jukovski" hava limanından Bakı və Gəncə şəhərinə aviauçuşlar yerinə yetirmək niyyətindədir. 

    "Report"un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu, Rusiya Nəqliyyat Nazirliyi yanında idarələrarası komissiyanın materiallarında əks olunub.

    Rusiyanın daha iki şirkəti - "Ural hava yolları" və "Yamal" aviaşirkətləri də yeni istiqamətlərə uçuşların həyata keçirilməsi üçün müraciət ediblər. Belə ki, "Ural hava yolları" Burqas və Antaliyaya (həftədə 7 dəfə), "VİM-avia" - Frankfurta (7), "Yamal" şirkəti - Vyana, Bakı, Gəncə, Plovdiv, Budapeşt, Münhen, Tbilisi, Tel-Əviv və Aktauya (bütün şəhərlərə həftədə 4 dəfə) aviareyslər reallaşdırmağı planlaşdırır.

    Ümumiyyətlə, "Jukovski" hava limanında bu istiqamətlər (həftədə cəmi 49 dəfə) üzrə uçuşların yerinə yetirilməsinə məhdudiyyətlər yoxdur. Bundan başqa, hər üç aviaşirkət Bişkek və Oş (Qırğızıstan), Düşənbə və Hucand (Taciksitan) aviareys yerinə yetirmək niyyətindədirlər. Lakin ilk iki şəhərə həftədə ancaq 7 dəfə uçmaq icazəsi verilir. 

    Bundan əlavə, "Ural hava yolları" və "Yamal" aviaşirkəti Praqa, Astana və Alma-Ataya (uyğun olaraq həftədə 7 və 4 dəfə) da aviareyslər yerinə yetirmək üçün müraciət ediblər. Qeyd edilir ki, Çexiyanın paytaxtına ancaq bir daşıyıcı təyin etmək olar, Qazaxıstanın şəhərlərinə isə həftədə cəmi 7 dəfə uçuş yerinə yetirmək mümkündür. Rusiya aviaşirkətləri həftədə 240 reysin yerinə yetirilməsinə icazə ala bilərlər.

    "Jukovski" hava limanı may ayının 30-da açılsa da, burada uçuşların yerinə yetirilməsinə hələki başlanılmayıb. Qazaxıstanın "SCAT Airlines" şirkəti və "Air Kyrgyzstan" avqust ayından uçuşlara başlayacaq. 

    "Vedomosti" qəzetinin məlumatına görə, beynəlxalq uçuşlar ancaq oktyabrın sonunda mümkün olacaq. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi