​Rusiyanın tranzit üçün buraxmadığı Türkiyəyə məxsus yük maşınları Azərbaycandan keçəcək

​Rusiyanın tranzit üçün buraxmadığı Türkiyəyə məxsus yük maşınları Azərbaycandan keçəcək TIR-lar Xəzər dəhlizindən istifadə edəcək
İnfrastruktur
29 Noyabr , 2015 23:21
​Rusiyanın tranzit üçün buraxmadığı Türkiyəyə məxsus yük maşınları Azərbaycandan keçəcək

Bakı. 29 noyabr. REPORT.AZ/ Azərbaycan prezidenti İlham Əliyev Rusiyadan Mərkəzi Asiyaya getməsinin qarşısı alınan Türkiyəyə məxsus yük maşınlarının Azərbaycan ərazisindən keçməsi üçün təlimat verib.

"Report" "Haberler.com"a istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin Beynəlxalq Nəqliyyatçılar Dərnəyinə verdiyi məlumatda bildirilir.

Məlumata görə, Rusiyadan tranzit yolu ilə Qazaxıstan, Qırğızıstan və Tacikistana getməli olan Türkiyəyə məxsus yük maşınları Xəzər dəhlizindən istifadə edəcək. Məsələ Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Azərbaycana səfəri zamanı öz həllini tapıb. M.Çavuşoğlu azərbaycanlı həmkarı Elmar Məmmədyarovu daşınmalarla bağlı mövcud durum barədə məlumatlandırıb. Danışıqlar zamanı vizası və keçid sənədi olmayan TIR (Transports International Routiers) sürücülərinə güzəştə gedilməsi barədə razılıq əldə olunub.

Nəşr yazır ki, Rusiyanın "Su-24" hərbi təyyarəsinin vurulmasından sonra Türkiyəyə məxsus yük maşınları günlərdir Gürcüstandan Rusiya ərazisinə buraxılmır.

Son xəbərlər

Orphus sistemi