Yuxarı

Rusiyanın "Pobeda" aviaşirkəti Bakıya reyslər aça bilər

Bunu Rusiyanın nəqliyyat naziri Maksim Sokolov deyib

Bakı. 9 iyun. REPORT.AZ/ Rusiyaya məxsus "Pobeda" aşağı büdcəli aviaşirkət Bakıya uçuşlar həyata keçirə bilər. 

"Report" xəbər verir ki, bunu Bakıda səfərdə olan Rusiyanın nəqliyyat naziri Maksim Sokolov deyib: "Bu, ötən il fəaliyyətə başlayan olduqca uğurlu aviaşirkətdir".

"Təkcə bir il ərzində aviaşirkət vasitəsilə 3 mln. insan səfərlərini həyata keçirib. İndi şirkət xarici ölkələr də daxil olmaqla, uçuş istiqamətlərini genişləndirməyi planlaşdırır. Ona görə düşünürəm ki, Bakıya uçuşların təşkilini perspektivli istiqamət kimi nəzərdən keçirmək olar", - deyə M.Sokolov bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi