Rusiyanın aşağı büdcəli aviaşirkəti İrəvana uçmaqdan imtina edib

Rusiyanın aşağı büdcəli aviaşirkəti İrəvana uçmaqdan imtina edib Ermənilər aviaşirkətdən yüksək hava limanı rüsumları tələb ediblər
İnfrastruktur
3 Noyabr , 2016 12:17
Rusiyanın aşağı büdcəli aviaşirkəti İrəvana uçmaqdan imtina edib

Bakı. 3 noyabr. REPORT.AZ/ Rusiyanın aşağı büdcəli aviaşirkəti "Pobeda" yüksək hava limanı rüsumlarına görə Ermənistanın paytaxtı İrəvana aviareyslər yerinə yetirməyəcək.

"Report"un Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Zvartnotsda (İrəvan hava limanı) 1 sərnişin üçün rüsum 50 avro təşkil edir. Bu isə aviaşirkətin tariflərini belə üstələyir. Məsələ ondadır ki, "Pobeda"nın xarici marşrut şəbəkəsində 1 sərnişin üçün hava limanı rüsumu orta hesabla 10 avro təşkil edir, bəzi hava limanlarında isə ümumiyyətlə, bu xidmət pulsuzdur.

Qeyd edək ki, "Pobeda" Rostov-na-Donu şəhərindən İrəvana, habelə Gümrüyə uçuşlar həyata keçirməyə icazə alıb.

Bu, "Pobeda"nın hava limanları ilə üzləşdiyi ilk problem deyil. Aeroport xidməti tariflərinin yüksək olmasına görə, loukoster Soçi və Ufaya da reyslərini bağlayıb. 

Hazırda aşağı büdcəli şirkət Almaniya, Kipr, İtaliya, Avstriya da daxil olmaqla 9 beynəlxalq istiqamətə aviareyslər yerinə yetirir. Oktyabrın sonunda və noyabrın əvvəlində "Pobeda" Rostov-na-Donu şəhərindən Bakıya və Tbilisiyə uçmağa başlayıb. 

Xatırladaq ki, "Pobeda" "Aeroflot" aviasiya qrupuna daxildir və uçuşları "Boeing" 737-800 təyyarələr ilə yerinə yetirir. Hazırda aviaşirkətin parkında 12 hava gəmisi var və onların orta yaşı 1 ildir. 

Son xəbərlər

Orphus sistemi