Rusiyadan Bakıya yeni aviareyslər açılır

Rusiyadan Bakıya yeni aviareyslər açılır “Komiaviatrans” aviaşirkəti Sıktıvkar və Nijni Novqorod şəhərlərindən Bakıya uçuş təşkil edir
İnfrastruktur
5 Avqust , 2016 14:15
Rusiyadan Bakıya yeni aviareyslər açılır

Bakı. 5 avqust. REPORT.AZ/ Rusiyanın “Komiaviatrans” (Komi Respublikası) aviaşirkəti Sıktıvkar və Nijni Novqorod şəhərlərindən Bakıya yeni aviareyslər təşkil edəcək.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, Azərbaycana uçuşlar avqustun 25-dən başlayaraq “Embraer” tipli təyyarə ilə həyata keçiriləcək. Bunu aviaşirkətin baş direktoru Aleksandr Ponomaryov bildirib.

Sıktıvkardan təyyarələr Samarada tranzit etməklə cümə axşamı günü uçacaq. Komi paytaxtının aeroportundan saat 12:10-da uçan təyyarə, Bakıya saat 18:15-də eniş edəcək. Sözügedən marşrut üzrə əks istiqamətdə reyslər cümə günləri olmaqla, Bakıdan saat 14:15-də yola düşəcək və 18:20-də Sıktıvkara çatacaq.

Hazırda bu istiqamət üzrə bir tərəfə biletin qiyməti 435 manat (18 min rubl) təşkil edir.

Eyni zamanda, paralel olaraq Nijni Novqoroddan da Bakıya reys açılacaq. Sözügedən marşrut üzrə cümə axşamı günü Bakıdan saat 19:15-də yola düşəcək təyyarə, saat 21:00-da Nijni Novqoroda enəcək. Əks istiqamətdə isə cümə günü Nijni Novqoroddan 09:30-da yola düşən təyyarə, Bakıya saat 13:15-də çatacaq.

Bu istiqamətdə isə biletin qiyməti 411 manat (17 min rubl) təşkil edəcək.

Son xəbərlər

Orphus sistemi