Yuxarı

​Rusiyada Azərbaycan meyvə-tərəvəzi üçün logistika mərkəzi yaradılacaq

Hazırda layihənin reallaşdırılması üçün tərəfdaş axtarılır

Bakı. 30 sentyabr. REPORT.AZ/ "İnnoprom-2015" sərgisində imzalanan sazişə görə, Rusiyanın Sverdlovsk vilayətində Azərbaycandan idxal olunan meyvə və tərəvəzlər üçün logistika mərkəzi yaradılacaq.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Yekaterinburqda keçirilən Rusiya-Azərbaycan regional forumunda iştirak edən region rəhbəri Yevgeni Kuyvaşev məlumat verib.

"Hazırda layihə meydança axtarışı mərhələsindədir. Hələ ki biz tərəfdaşlarımıza 3-4 meydança təklif etmişik", - deyə o bildirib.

Onun sözlərinə görə, hazırda Sverdlovsk tərəfi layihənin reallaşdırılması üçün Rusiyada tərəfdaş axtarır.

"Biz, ümumilikdə dərhəl tikintiyə başlamağa, mühəndis tərkibi hazırlamağa hazırıq. Hələlik, proses gedir", - deyə Kuyvaşev qeyd edib.

Ural Gömrük İdarəsinin məlumatına görə, 2014-cü ildə Sverdlovsk vilayəti ilə Azərbaycan arasında mal dövriyyəsi 443 milyon dollardan çox təşkil edib ki, bu da 2013-cü il ilə müqayisədə 2,4 dəfə çoxdur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi