Rusiya xarici şirkətlə birgə yeni loukoster yaratmaq istəyir

Rusiya xarici şirkətlə birgə yeni loukoster yaratmaq istəyir Hazırda müvafiq məsələ xarici aviaşirkətlərlə müzakirə edilir
İnfrastruktur
1 İyun , 2017 12:37
Rusiya xarici şirkətlə birgə yeni loukoster yaratmaq istəyir

Bakı. 1 iyun. REPORT.AZ/ Rusiya xarici kapitalın iştirakı ilə yeni loukoster aviaşirkətinin yaradılması imkanlarını nəzərdən keçirir. 

"Report" xəbər verir ki, bu barədə "Kommersant" qəzeti məlumat yayıb.

Bununla əlaqədar olaraq Malayziyanın "Air Asia", Macarıstanın "Wizz Air", Türkiyənin "Pegasus" şirkətləri də daxil olmaqla bir sıra iri əcnəbi aşağıbüdcəli şirkətlərlə məsləhətləşmələr aparılıb. Görüşlərdə xüsusilə birgə müəssisənin yaradılması müzakirə olunub. Bundan başqa, ilkin danışıqlar Rusiya Birbaşa İnvestisiyalar Fondu ilə aparılıb.

Yeni aviadaşıyıcının istismar üçün artıq sertifikata malik rusiyalı aviaşirkətin bazasında yaradılacağı güman edilir. Layihə iştirakçıları loukosterin uçuşlarının, məsələn, Sankt-Petereburqun "Pulkovo" kimi iri regional hava limanlarından yerinə yetirilməsi imkanını nəzərdən keçirirlər.

"Bu, Moskvadan yan keçərək regionlarda marşrut şəbəkəsinin genişlənməsinə və hələlik ancaq məhdud sayda təklif edilən ucuz aviadaşıyıcılara olan tələbatı ödəməyə imkan verərdi", - mənbə bildirib.

Qəzet qeyd edib ki, yeni loukosterin yaradılmasına dair danışıqlar Rusiyada aviadaşımaların kəskin artımı fonunda aparılır. Belə ki, bu ilin yanvar-aprel aylarında bu göstərici 20,8%-dək yüksələrək 27,1 mln. nəfər təşkil edib.

Xatırladaq ki, Rusiya ilk dəfə 2009-cu ildə ABŞ-ın "Indigo Partners" fondunun iştirakı ilə "Avianova" loukosterini yaratmışdı. Ən ucuz bazar qiymətləri təklif edən şirkət 2011-ci ildə borclarının çox olmasına görə fəaliyyətini dayandırdı. Hazırda Rusiyada işləyən yeganə aşağıbüdcəli şirkət "Pobeda"dır. 

Son xəbərlər

Orphus sistemi