Yuxarı

Rusiya və İran Xəzərdə nəqliyyat habı yaratmaq niyyətindədir

Tərəflər hazırda bu layihənin üzərində işləyir

Bakı. 30 iyul. REPORT.AZ/ Rusiya Xəzər dənizinin özünə aid hissəsində İranla birgə nəqliyyat-logistika kompleksi yarada bilər. "Report"un "Gazeta.ru" saytına istinadən verdiyi məlumata görə, İranın Şimali Qafqaz məsələləri üzrə Nazirliyin xəbərində qeyd edilib ki, hazırda dövlətlərarası işçi qrupu çərçivəsində Xəzərin Rusiyaya məxsus dərinsulu və donmayan hövzəsində bu cür beynəlxalq nəqliyyat habının yaradılması ideyasının perspektivləri öyrənilir.

Layihənin Hind okeanına çıxış üçün zəruri infrastruktur şəbəkəsini yaradacağı gözlənilir.

Hazırda İran ilə Rusiya arasında dəniz əlaqəsi sonuncunun Xəzərdəki Olya limanı vasitəsilə reallaşdırılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi