Rusiya və İran Xəzərdə nəqliyyat habı yaratmaq niyyətindədir

Rusiya və İran Xəzərdə nəqliyyat habı yaratmaq niyyətindədir Tərəflər hazırda bu layihənin üzərində işləyir
İnfrastruktur
30 İyul , 2016 13:17
Rusiya və İran Xəzərdə nəqliyyat habı yaratmaq niyyətindədir

Bakı. 30 iyul. REPORT.AZ/ Rusiya Xəzər dənizinin özünə aid hissəsində İranla birgə nəqliyyat-logistika kompleksi yarada bilər. "Report"un "Gazeta.ru" saytına istinadən verdiyi məlumata görə, İranın Şimali Qafqaz məsələləri üzrə Nazirliyin xəbərində qeyd edilib ki, hazırda dövlətlərarası işçi qrupu çərçivəsində Xəzərin Rusiyaya məxsus dərinsulu və donmayan hövzəsində bu cür beynəlxalq nəqliyyat habının yaradılması ideyasının perspektivləri öyrənilir.

Layihənin Hind okeanına çıxış üçün zəruri infrastruktur şəbəkəsini yaradacağı gözlənilir.

Hazırda İran ilə Rusiya arasında dəniz əlaqəsi sonuncunun Xəzərdəki Olya limanı vasitəsilə reallaşdırılır.

Son xəbərlər

Orphus sistemi