Maksim Oreşkin: “Rusiya və Azərbaycan sərhəddəki sıxlığı aradan qaldırmağa çalışır”

Maksim Oreşkin: “Rusiya və Azərbaycan sərhəddəki sıxlığı aradan qaldırmağa çalışır” Bakı. 8 fevral. REPORT.AZ/ Rusiya və Azərbaycan sərhəddəki digər keçid məntəqələrindən istifadə imkanlarının artırılmasını nəzərdən keçirəcək.
İnfrastruktur
8 Fevral , 2019 17:31
Maksim Oreşkin: “Rusiya və Azərbaycan sərhəddəki sıxlığı aradan qaldırmağa çalışır”

Bakı. 8 fevral. REPORT.AZ/ "Rusiya və Azərbaycan sərhəddəki digər keçid məntəqələrindən istifadə imkanlarının artırılmasını nəzərdən keçirəcək".

“Report”un məlumatına görə, bunu Rusiyanın iqtisadiyyat naziri Maksim Oreşkin jurnalistlərə açıqlamasında bildirib.

"Məlumdur ki, Azərbaycan və Rusiya arasındakı artan güclü ticarət dövriyyəsinin təmin edilməsi üçün hazırda sərhəddə olan növbələr birbaşa olaraq infrastrukturun çatışmazlığının bariz göstəricisidir. Bu günlərdə Avrasiya İqtisadi Şurası ilə azad ticarət zonasına dair saziş imzalamış İrandan da aktiv olaraq artan tranzit həcmlərini  nəzərə alsaq, o zaman bu ölkədən də Rusiya istiqamətində olan fəallıq artmaqda davam edəcək. Bütün bunlar infrastruktura ciddi təsir edir, baxmayaraq ki, burada söhbət təkcə bu sərhəd keçid məntəqəsindən getmir. Bu istər Azərbaycan, istərsə də Rusiya tərəfdən regionun infrastrukturunun daha geniş inkişafı üçün lazım olan məsələdir. Biz həmkarlarımızla razılığa gəlmişik ki, bu sərhəd keçid məntəqəsində işlər bitəndən sonra digər sərhəd keçid məntəqələrinin də istifadə imkanları nəzərdə keçirilsin. Bununla da axınların genişləndirilməsi ilə keçidlərin keçiricilik imkanları artırılacaq”, - deyə o qeyd edib. 

Nazirin sözlərinə görə, əsas məsələ daşımalarla məşğul olan insanlar üçün sərhəd keçid məntəqələrindəki problemlərin aradan qaldırılmasıdır: “Əsas məsələ odur ki, sərhədin hər iki tərəfində yaşayan və daşımalarla məşğul olan insanların sərhədi keçmək problemləri arxada qalsın, növbələr azalsın və ölkələr arasındakı hərəkət maksimal dərəcədə asan olsun”.

Son xəbərlər

Orphus sistemi