Rusiya paytaxtındakı çovğun Bakı-Moskva aviareyslərinə təsir göstərməyib

Rusiya paytaxtındakı çovğun Bakı-Moskva aviareyslərinə təsir göstərməyib Təyyarələrin hərəkətində də heç bir ləngimə və ya təxirəsalma qeydə alınmayıb
İnfrastruktur
5 Dekabr , 2016 11:27
Rusiya paytaxtındakı çovğun Bakı-Moskva aviareyslərinə təsir göstərməyib

Bakı. 5 dekabr. REPORT.AZ/ Moskva şəhərində müşahidə edilən qeyri-sabit hava şəraiti (çovğun) Bakı-Moskva və Moskva-Bakı istiqamətində yerinə yetirilən aviareyslərin qrafikinə təsir etməyib. Təyyarələrin hərəkətində də heç bir ləngimə və ya təxirəsalma qeydə alınmayıb. Bu barədə "Report"a Heydər Əliyev Beynəlxalq Hava Limanından məlumat verilib.

Bu gün Moskvadan Bakıya sonuncu reys saat 05:22 radələrində yerinə yetirilib. Növbəti təyyarənin saat 14:00-da yola düşəcəyi planlaşdırılıb. Ümumilikdə, bu gün üçün Moskvadan Bakıya 7 aviareysin yerinə yetirilməsi nəzərdə tutulub və hələ ki, heç bir təxirəsalma yoxdur.

Qeyd edək ki, Bakı-Moskva-Bakı marşrutu ilə aviareyslər hər gün yerinə yetirilir.

Rusiyanın "Gazeta.ru" saytının yaydığı məlumata görə, qeyri-sabit hava şəraitinə görə Moskvanın "Domodedovo", "Vnukovo" və "Şeremetyevo" hava limanlarında 50 aviareys təxirə salınıb, daha 10 reysdə isə ləngimələr qeydə alınıb. Hazırda "Vnukovo" hava limanında isə 1 reys təxirə salınıb, ləngiyən reys yoxdur.

Son xəbərlər

Orphus sistemi