Yuxarı

​Rusiya Novorossiysk limanına 400 mln. dollar investisiya ayırıb

Bununla da Rusiya dünyanın ən böyük limanları ilə rəqabət aparmaq niyyətindədir

Bakı. 12 oktyabr. REPORT.AZ/ Rusiya Qara dənizdə yerləşən Novorossiysk limanının genişləndirilməsi məqsədilə 400 mln. dollar dəyərində investisiya qoyub. "Report" xəbər verir ki, bu barədə "Fort Lauderdale"nin dənizçilik administrasiyası məlumat yayıb.

Məlumata görə, 2020-ci ildən etibarən ayrılmış 400 mln. dollara 10 min 20 futluq (TEU) konteynerin yerləşəcəyi gəmi tərsanəsi inşa ediləcək. Bununla da Rusiya dünyanın ən böyük limanları ilə rəqabət aparmaq və limana gələn konteynerlərin həcmini 15% artırmaq niyyətindədir.

Qeyd edək ki, ölkənin ikinci ən böyük limanı olan Novorossiysk limanındakı tərsanədə hazırda 6 minə qədər TEU-nu eyni anda yerləşdirmək olur və layihə reallaşandan sonra isə bu rəqəm 10 minə çatacaq.

Rusiya hökuməti limana dəmiryolu xəttinin və yol qovşaqlarının çəkiləcəyinə, həmçinin Ukraynanın "Yujniy" və "İlliçevsk" limanlarındakı gəmilərinin yönələcəyinə ümid edir.

Xatırladaq ki, neftin qiymətinin və rublun ucuzlaşması, həmçinin sanksiyalara görə bu il bu limanın ötürücülük qabiliyyəti 9% aşağı düşmüşdü.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi