​"Rusiya Dəmir Yolları" qonşu ölkələrdə otel sifarişetmə xidməti istifadəyə verib

​"Rusiya Dəmir Yolları" qonşu ölkələrdə otel sifarişetmə xidməti istifadəyə verib Oteli qatara bilet aldıqdan sonra sifariş etmək mümkündür
İnfrastruktur
28 Mart , 2015 08:12
​Rusiya Dəmir Yolları qonşu ölkələrdə otel sifarişetmə xidməti istifadəyə verib

Bakı. 28 mart. REPORT.AZ/ "Rusiya Dəmir Yolları" ASC (RDY) otel sifariş etmək üçün yeni xidmət istifadəyə verib.

"Report" RBK-ya istinadən xəbər verir ki, bu barədə şirkətin məlumatında bildirilir.

Bununla yanaşı oteli yalnız qatara bilet aldıqdan sonra sifariş etmək mümkündür.

RDY-nın xidməti vasitəsilə otel sifariş etmək Rusiya, Azərbaycan, Belarus, Qazaxıstan, Ukrayna, Latviya, Litva, Estoniya, Moldova, Özbəkistan, Tacikistan, Türkmənistan, Qırğızıstan, Ermənistan və Gürcüstanda mümkündür.

Sifariş müxtəlif ödəmə sistemləri ilə edilə bilər. Oteldən imtina olunduqda vəsaitin qaytarılması otaq sifariş edilərkən danışılan şərtlər əsasında həyata keçirilir.

RDY-dan qeyd ediblər ki, tezliklə ASC vasitəsilə bütün dünya üzrə 365 min otel sifariş etmək mümkün olacaq.

Son xəbərlər

Orphus sistemi