Rusiya Azərbaycana yeni metro vaqonları təklif etməyə hazırlaşır

Rusiya Azərbaycana yeni metro vaqonları təklif etməyə hazırlaşır "Transmaşholdinq" bununla bağlı keçiriləcək tenderdə iştirak etmək niyyətindədir
İnfrastruktur
26 Aprel , 2017 17:29
Rusiya Azərbaycana yeni metro vaqonları təklif etməyə hazırlaşır

Bakı. 26 aprel. REPORT.AZ/ Rusiyanın iri nəqliyyat maşınqayırması şirkəti olan "Transmaşholdinq" (TMH) Azərbaycana yeni sərnişin vaqonlarının tədarükünü həyata keçirmək niyyətindədir.

Bunu "Report"a açıqlamasında şirkətin marketinq bölməsinin əməkdaşı Aleksandr Tarasov bildirib.

"Əldə etdiyimiz məlumata görə, "Bakı Metropoliteni" QSC vaqon parkını yeniləməyə hazırlaşır. Biz də bu qurumun elan edəcəyi tender və ya müsabiqədə iştirak edəcəyik", - deyə o, əlavə edib.

Xatırladaq ki, hazırda Bakı metrosunda "Transmaşholdinq" və Fransanın "Alstom" şirkətinin birgə işləyib hazırladığı üç vaqon cütü istismar edilir. Metro qatarları 81-760/761 modeli əsasında istehsal edilib.

Son xəbərlər

Orphus sistemi