Rusiya aviasənaye üzrə Azərbaycanla əməkdaşlıqda maraqlıdır

Rusiya aviasənaye üzrə Azərbaycanla əməkdaşlıqda maraqlıdır Nazir Maksim Sokolov: "Azərbaycan şirkətləri üçün aviasiya parkına aid bütün məhsulları istehsal edə bilərik"
İnfrastruktur
9 İyun , 2016 15:37
Rusiya aviasənaye üzrə Azərbaycanla əməkdaşlıqda maraqlıdır

Bakı. 9 iyun. REPORT.AZ/ "Rusiyanın aviasiya sənayesi istər yerli, istərsə də xarici, o cümlədən Azərbaycan şirkətləri üçün aviasiya parkına aid bütün məhsulları istehsal edə bilər". 

"Report"un məlumatına görə, bunu Bakıda səfərdə olan Rusiyanın nəqliyyat naziri Maksim Sokolov deyib. 

"Biz azərbaycanlı həmkarlarımızın da Rusiya istehsalı olan təyyarələrlə uçuşlar həyata keçirməsinə çox şad olarıq. Gələn il hazır olacaq perspektivli təyyarə kimi "MC 21" tipli təyyarələri, habelə Azərbaycan vətəndaşları və ölkəyə gələn turistlərə xidmət göstərə biləcək keyfiyyətli "Superjet Sukhoi" təyyarəsi ilə uçuşlar həyata keçirilməsinə məmnun olarıq", - deyə nazir bildirib.

"MC-21" tipli təyyarələrin tədarük tarixinə gəlincə rusiyalı nazir qeyd edib ki, bu təyyarələrin hələ gələn il hazır olması gözlənilir: "Bundan sonra, onların müəyyən müddət sınaqdan keçməsini də gözləmək lazımdır".

Son xəbərlər

Orphus sistemi