Bakı. 16 noyabr. REPORT.AZ/ 391/392 saylı "Rostov-Bakı" beynəlxalq sərnişin qatarının hərəkət cədvəlində dəyişiklik edilib.
"Report" xəbər verir ki, bu barədə "Rusiya Dəmir Yolları" ASC-nin məlumatında bildirilir.
Əgər əvvəl mövsümi qatar marşrut üzrə apreldən oktyabradək hərəkət edirdisə, indi o il boyu işləyəcək.
O, illik rejimdə dörd gündən bir, yay rejimində isə bir gündən bir işləyəcək. Qatarın tərkibində 9 kupe, 5 plaskart və hətta 1 yataq tipli vaqon var.
Qatar Rostovdan Bakı vaxtı ilə 19:07-da çıxacaq, 03:15-də Bakıya çatacaq. Azərbaycan paytaxtından 23:50-də çıxan qatar 09:10-da Rostova çatacaq.