​Riqadan Bakıya yeni elektrik qatarları gətirilib

​Riqadan Bakıya yeni elektrik qatarları gətirilib Keşlə-Yalama xətti bərpa olunur
İnfrastruktur
23 İyul , 2015 11:58
​Riqadan Bakıya yeni elektrik qatarları gətirilib

Keşlə-Yalama xətti bərpa olunur

Bakı. 23 iyul. REPORT.AZ/ Yaxın gələcəkdə Keşlə dəmir yolu stansiyasından Yalama dəmiryol stansiyasına qatarların hərəkəti bərpa olunacaq.

Bunu "Report"a "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.

Onun sözlərinə görə, Keşlə-Yalama dəmiryolu qatarının bərpası üçün Riqadan yeni elektrik qatarları gətiriləcək.

"Riqadan ümumilikdə beş elektrik qatarı alınmalıdır. Qatarların hər biri dörd vaqondan ibarətdir. Hazırda üç elektrik qatarı alınıb, ikisi isə qalıb. İndi alınan qatarlar üzərində texniki baxış, sınaq işləri aparılır. Bu istiqamətdə qatarların hərəkətinin yenidən bərpası Bakı-Sumqayıt qatarı işə düşdükdən sonra müəyyənləşəcək, yəni bundan sonra qatarların dəqiq hansı istiqamətdə hərəkət edəcəkləri dəqiqləşdiriləcək. Keşlə-Yalama istiqamətində tariflərdə isə dəyişiklik gözlənilmir", - N.Əzməmmədov bildirib.

Qeyd edək ki, hazırda Yalama dəmiryolu qatarı Şabrana qədər gedir və həmin qatardan yalnız dəmiryol işçiləri istifadə edir.

Son xəbərlər

Orphus sistemi