Yuxarı

​Respublika əhəmiyyətli magistral yol bağlanıb

Təmir işləri gedən zaman sürücülər səbirli olmalıdırlar

Ağsu. 23 may. REPORT.AZ/ "Bakı-Şamaxı-Yevlax magistral yolunun Ağsu rayonu ərazisindən keçən 14.4 kilometrlik Ağsu aşırımında təmir işləri görüldüyündən yol bağlanıb. Bakı və digər istiqamətlərdə hərəkət edən sürücülərə alternativ yollardan istifadə etmək tövsiyə olunub". Bunu "Report"un Aran bürosunun müxbirinə "Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

A.Nəcəfli qeyd edib ki, təmir işləri gedən zaman sürücülər səbirli olmalıdırlar: "Sürücülər nə qədər səbirli olsalar, magistral yolda təmir işləri də bir o qədər tez başa çatar. Bəzən yolda təmir işləri gedən zaman sürücülər müxtəlif bəhanələrlə həmin yoldan keçməyə çalışırlar. Nəticədə bu da təmir-bərpa işlərini ləngidir".

"Azəravtoyol" ASC-nin rəsmisi vurğulayıb ki, sürücülərdən alternativ yol kimi Qaraməryəm-İsmayıllı-Muğanlı və Ağsu-Kürdəmir yollarından istifadə etmələri xahiş olunur.

Qeyd edək ki, magistral yolda təmir işlərinin iyunun 10-na qədər başa çatması planlaşdırılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi