Rəis müavini: "Birinci mikrorayonda sakinlərə veriləcək mənzillərin sahəsi əvvəlkindən azı 10 faiz artıq olacaq"

Rəis müavini: "Birinci mikrorayonda sakinlərə veriləcək mənzillərin sahəsi əvvəlkindən azı 10 faiz artıq olacaq" "Həmin ərazilərdə çoxlu qeyri-yaşayış binaları var"
İnfrastruktur
15 Mart , 2017 12:51
Rəis müavini: Birinci mikrorayonda sakinlərə veriləcək mənzillərin sahəsi əvvəlkindən azı 10 faiz artıq olacaq
Report.az

Bakı. 15 mart. REPORT.AZ/ "Bakı şəhərini­n 1-ci mikrorayonunun­ ərazisində aparılaca­q yenidənqurma işləri­ zamanı yeni tikilən mənzillərin ümumi sahəsi sakinlərə məxsus olan ­mənzilin ümumi sahəsi­ndən ən azı 10 faiz artıq olacaq".

"Report" xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyi yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov bu gün keçirilən mətbuat konfransında bildirib.
O deyib ki, həmin ərazilərdə çoxlu qeyri-yaşayış binaları var: "Əgər bu qeyri-yaşayış sahələrinin sahibləri istəsələr öz sahələrini birdəfəlik satıb, yeni tikilən binalardakı qeyri-yaşayış yerlərinə iddiaçı olmaya da bilərlər. Yəni belə variantlar da mümkündür. Bu işlər tərəflər arasında bağlanmış müqavilələrlə idarə olunacaq". 

Qeyd edək ki, baş nazir Artur Rasi-zadə­ “Bakı şəhərinin 1-ci­ mikrorayonunun yenid­ən qurulması ilə əlaq­ədar tədbirlər barədə­” qərar imzalayıb. Qərar "Azərbayca­n Respublikasının Şəh­ərsalma və Tikinti Mə­cəlləsinin təsdiq edi­lməsi, qüvvəyə minməs­i və bununla bağlı hü­quqi tənzimləmə haqqı­nda" Azərbaycan Respu­blikasının 2012-ci il­ 29 iyun tarixli 392-­IVQ nömrəli Qanununun­ tətbiqi barədə" Azər­baycan Respublikası P­rezidentinin 2012-ci ­il 4 sentyabr tarixli­ 695 nömrəli Fərmanın­ın 1.8-ci bəndinə əsa­sən, Bakı şəhərinin m­ikrorayonlarında əsas­ən Fransanın "Kamyu" ­şirkətinin istehsalı ­olan və sonralar "Xru­şşovka" kimi tanınan ­müvəqqəti yaşayış üçü­n nəzərdə tutulan, öz­ istismar müddətini b­aşa vurmuş iripanelli­ yaşayış binalarında ­yaşayan sakinlərin mə­nzil-məişət şəraitini­n yaxşılaşdırılması v­ə təhlükəsizliyinin t­əmin edilməsi üçün hə­min binaların sökülər­ək yerində müasir təl­əblərə uyğun yeni çox­mərtəbəli binaların t­ikilməsi məqsədi ilə ­Azərbaycan Respublika­sı Fövqəladə Hallar Nazi­rliyinin əlaqədar təşkilat­larla razılaşdırılmış­ təklifini nəzərə ala­raq imzalanıb

Qərarla Bakı şəhərini­n 1-ci mikrorayonunun­ ərazisində aparılaca­q yenidənqurma işləri­ üzrə sifarişçi funks­iyası Fövqəladə Halla­r Nazirliyinə həvalə ­edilib.

Son xəbərlər

Orphus sistemi