Rəis: "Bakı funikulyorunun fəaliyyəti tezliklə bərpa olunacaq"

Rəis: "Bakı funikulyorunun fəaliyyəti tezliklə bərpa olunacaq" "Xarab olmuş hissə gətirilən kimi funikulyorun fəaliyyəti bərpa ediləcək"
İnfrastruktur
23 Noyabr , 2016 15:39
Rəis: Bakı funikulyorunun fəaliyyəti tezliklə bərpa olunacaq

Bakı. 23 noyabr. REPORT.AZ/ Bir neçə aydır fəaliyyətini dayandıran Bakı funikulyoru hələ də xidmət göstərmir.

Funikulyor İdarəsinin rəisi Tofiq İsmayılov "Report"a bildirib ki, qurğunun çalışmaması texniki məsələdir və xarab olan hissənin gətirilməsini gözləyirik: "Xarab olmuş hissə gətirilən kimi funikulyorun fəaliyyəti bərpa olunacaq".

Qeyd edək ki, Bakı funikulyoru 1960-cı ildən fəaliyyət göstərir və 2 stansiyası var. Stansiyalararası məsafə 455 metrdir. Funikulyor saatda orta hesabla 2 min sərnişini daşımaq imkanına malik olub. 1980-ci illərin sonlarında qəza vəziyyətində olduğu əsas gətirilərək bağlanıb və 2001-ci ilin sonunda yenidən istifadəyə verilib. Bakı funikulyoru sonuncu dəfə 2012-ci il mayın 23-də əsaslı təmir və yenidənqurmadan sonra yenidən istifadəyə verilib. 

Son xəbərlər

Orphus sistemi