Azərbaycanın regionlarından Bakıya internetlə avtobus bileti almaq mümkün olacaq

Azərbaycanın regionlarından Bakıya internetlə avtobus bileti almaq mümkün olacaq Azərbaycanın regionlarından paytaxt Bakıya hərəkət edən sərnişin avtobuslarına internetlə bilet satılması üçün texniki işlər aparılır.
İnfrastruktur
20 Noyabr , 2019 12:22
Azərbaycanın regionlarından Bakıya internetlə avtobus bileti almaq mümkün olacaq

Azərbaycanın regionlarından paytaxt Bakıya hərəkət edən sərnişin avtobuslarına internetlə bilet satılması üçün texniki işlər aparılır. 

Bu barədə "Report"a açıqlamasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidmətinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova məlumat verib.  

"Hazırda Bakı Beynəlxalq Avtovağzal Kompleksindən regionlara hərəkət edən avtobuslara onlayn rejimdə bilet satışı həyata keçirilir. Gələcəkdə əks istiqamətdə də internetlə bilet almaq mümkün olacaq", - o deyib.

Son xəbərlər

Orphus sistemi