Ramiz Həsənov: "Yoxlamalarla bağlı müəyyən mexanizmlər var və onların üzərində işləmək lazımdır"

Ramiz Həsənov: "Yoxlamalarla bağlı müəyyən mexanizmlər var və onların üzərində işləmək lazımdır" "Biz yoxlamaların istiqamətini bir qədər dəyişmişik"
İnfrastruktur
18 Noyabr , 2015 16:20
Ramiz Həsənov: Yoxlamalarla bağlı müəyyən mexanizmlər var və onların üzərində işləmək lazımdır

Bakı. 18 noyabr. REPORT.AZ/ Dövlət Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin planlı yoxlamaları Prezident İlham Əliyevin göstərişindən sonra dayandırılıb. Sadəcə, yoxlamalarla bağlı müəyyən mexanizmlər var və onların üzərində işləmək lazımdır. 

"Report" xəbər verir ki, bunu Bakıda "Caspian European Club" (CEC) və Dövlət Standartlaşdırma və Metrologiya Komitəsinin təşkilatçılığı ilə keçirilən biznes forum çərçivəsində Komitə sədri Ramiz Həsənov bildirib. 

Bu vaxta qədər ölkədə fərqli şəkildə nəzarət xidməti həyata keçirilməsindən təəssüflənən Komitə sədri deyib ki, Azərbayanda da bütün sivil ölkələrdə tətbiq edilən nəzarət xidməti həyata keçirilməlidir. 

"Biz yoxlamaların istiqamətini bir qədər dəyişmişik. Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma Xidməti dövlət başçısının tapşırığına əsasən bazarda yoxlama aparır. Yəni müəssisəyə getmədən onun istehsal etdiyi məhsulu alırıq və laboratoriyada analiz edirik. Problem aşkar edildikdə isə müəssisəyə tələbnamə göndəririk. Bu, ölkəyə idxal edilmiş məhsuldursa, Dövlət Gömrük Komitəsinə idxalı dayandırmaq haqqında məktub göndəririk, yerli məhsuldursa, müəssisənin birbaşa özünə problem haqda məktub yazılır. Bir ay ərzində bunun üçün vaxt verilir, bu müddət ərzində heç bir tədbir görülməsə, cərimə sanksiyaları tətbiq edilir", - R.Həsənov deyib.

Son xəbərlər

Orphus sistemi