​Rafiq Cəlilov: "Torpaqların münbit üst qatı məhv edilərək süni göllər yaradılıb"

​Rafiq Cəlilov: "Torpaqların münbit üst qatı məhv edilərək süni göllər yaradılıb" Bakıda torpaq münasibətlərinin tənzimlənməsi və torpaq bazarının təşkili mövzusunda forum keçirilib
İnfrastruktur
14 Avqust , 2015 11:26
​Rafiq Cəlilov: Torpaqların münbit üst qatı məhv edilərək süni göllər yaradılıb

Bakı. 14 avqust. REPORT.AZ/ Bu gün Bakıda "Əmlak Məsələləri Dövlət Komitəsinin torpaq münasibətlərinin tənzimlənməsi və torpaq bazarının təşkilində aidiyyəti dövlət qurumları və bələdiyyələrlə fəaliyyətinin əlaqələndirilməsi" mövzusunda işgüzar forum keçirilib. "Report" xəbər verir ki, forumda Dövlət Komitəsinin rəbər şəxsləri və aidiyyəti dövlət orqanlarının nümayəndələri iştirak ediblər.

Komitə sədrinin müavini Rafiq Cəlilov ölkədə meşə fondu torpaqlarında müxtəlif növ tikinti işləri aparıldığını deyib: "Həmçinin kənd təsərrüfatı təyinatlı torpaqlarının da yararsız hala salınması hallarına rast gəlinir. Bəzi ərazilərdə belə torpaqların münbit üst qatı məhv edilərək süni göllər yaradılıb. Bununla yanaşı, münbit torpaqlarda karxanalar açılıb. Bu isə bizim münbit torpaq fondumuza ağır zərbə vurur".

Son xəbərlər

Orphus sistemi