Qurban bayramı günlərində dəmir yolunda gücləndirilmiş iş rejimi tətbiq olunacaq

Qurban bayramı günlərində dəmir yolunda gücləndirilmiş iş rejimi tətbiq olunacaq Sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün həyata keçirilir
İnfrastruktur
29 Avqust , 2017 17:10
Qurban bayramı günlərində dəmir yolunda gücləndirilmiş iş rejimi tətbiq olunacaq
Report

Bakı. 29 avqust. REPORT.AZ/ “Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişin daşımaları Departamentinin kollektivi Qurban bayramı ərəfəsində gücləndirilmiş iş rejimində çalışacaq.

Cəmiyyətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, sərnişin qatarlarında xidmət mədəniyyəti səviyyəsinin daha da yüksəldilməsi üçün bütün qüvvələr səfərbər olunub.

"Eyni zamanda Qurban bayramı ərəfəsində sərnişin sıxlığının artması ilə əlaqədar ölkə daxilində hərəkət edən sərnişin qatarlarına əlavə vaqonların qoşulması təmin ediləcək. Bir daha sərnişinlərin nəzərinə çatdırırıq ki, sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün həyata keçirilir", - deyə məlumatda qeyd edilib.

Son xəbərlər

Orphus sistemi