“Qurban Abbasov” kran gəmisinin icarəyə verilməsinə dair danışıqlar aparılır

“Qurban Abbasov” kran gəmisinin icarəyə verilməsinə dair danışıqlar aparılır Kran gəmisinin Xəzərin Rusiyaya aid sularında istismar olunması nəzərdə tutulur
İnfrastruktur
6 Yanvar , 2017 19:25
“Qurban Abbasov” kran gəmisinin icarəyə verilməsinə dair danışıqlar aparılır

Bakı. 6 yanvar. REPORT.AZ/ Rusiya Federasiyasının “Marine Offshore Contractor” MMC şirkəti “Qurban Abbasov” kran gəmisini “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən icarəyə götürmək istəyir. 

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin mətbuat katibi Mehman Mehdiyevin "Report"a verdiyi məlumata görə, bunun üçün QSC-nin rəhbərliyi ilə danışıqlara başlanılıb. “AXDG” QSC-nin sədri Rauf Vəliyevlə görüşdə qonaqlar gəmiyə ətraflı baxış keçirdiklərini və onun texniki göstəricilərindən tam razı qaldıqlarını bildiriblər. Sonuncu təmir zamanı tamamilə modernləşdirilən “Qurban Abbasov” kran gəmisinin Xəzərin Rusiyaya aid sularında istismar olunması nəzərdə tutulur.

Söhbət zamanı “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev indiyədək əməkdaşlıq etdikləri digər şirkətlər kimi, “Marine Offshore Contractor” MMC-nin də etibarlı tərəfdaş olacağına əminliyini ifadə edib. 

Görüşdə eyni zamanda gələcəkdə birgə layihələr çərçivəsində əməkdaşlıq perspektivləri də müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi