Bakı. 24 iyun. REPORT.AZ/ Dövlət başçısı İlham Əliyev Qulu Böyükağa oğlu Quliyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.
"Report"un məlumatına görə, sərəncamla dəniz nəqliyyatının inkişafında xidmətlərinə görə Qulu Böyükağa oğlu Quliyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.
Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.