Quba-Xınalıq yolu əvvəlki vəziyyətinə qaytarılıb - FOTO

Quba-Xınalıq yolu əvvəlki vəziyyətinə qaytarılıb - FOTO Yol artıq vətəndaşların istifadəsinə verilib
İnfrastruktur
19 Sentyabr , 2016 11:45
Quba-Xınalıq yolu əvvəlki vəziyyətinə qaytarılıb - FOTO

Bakı. 19 sentyabr.REPORT.AZ/ Quba-Xınalıq avtomobil yolunda avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq bərpa olunub, çay öz məcrasına qaytarılıb. Bu barədə "Report"a "Azəravtoyol" ASC-dən məlumat verilib. 

Məlumata görə, bir neçə gün bundan öncə sel suları nəticəsində dağılmış körpülər və yol hissələri ağır texnika və canlı qüvvəsinin fasiləsiz əməyi nəticəsində qısa müddət ərzində bərpa olunaraq vətəndaşların istifadəsinə açılıb.

Hazırda yol boyu bərpa işləri davam etdirilir, körpülərdə betonlama işləri aparılır.

Qeyd edək ki, sentyabr ayının 1-dən 2-nə keçən gecə aramsız yağan yağışlardan sonra Qudyalçayın öz məcrasından çıxması nəticəsində Quba-Xınalıq avtomobil yolunun 29 və 36-cı km-lik hissəsində yerləşən körpülər və yol dağılmış, avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq dayanmışdı.

Son xəbərlər

Orphus sistemi