Yuxarı
    Bağlamaq

    Quba-Xaçmaz avtomobil yolunda təmir-bərpa işləri aparılır - VİDEO

    Ümumilikdə yola ikiqat olmaqla 12 sm qalınlığında yeni asfalt-beton örtüyü döşənir© Azeravtoyol.gov.az

    Bakı. 24 avqust. REPORT.AZ/ Quba-Xaçmaz avtomobil yolunda təmir-bərpa işlərinə başlanılıb. 

    "Azəravtoyol” ASC-nin mətbuat xidmətindən "Report"a daxil olan məlumata görə, Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yoluna çıxışı təmin edən həmin yolun ümumi uzunluğu 22 km təşkil edir. İki hərəkət zolaqlı olan yolun ümumi eni 12 m-dir. Bura 3,75 m enində yolun hərəkət hissəsi və 2,25 m enində çiyinlər daxildir.

    "Qeyd edilən yolun 5,5 km-lik hissəsinə artıq yeni asfalt-beton örtüyü döşənib, digər hissələrdə isə köhnə asfalt-beton örtüyünün üst qatının frezlənməsi, yararsız qruntun qazılaraq çıxarılması və yerinə yararlı material tökülərək kipləşdirməsi işləri aparılır, yeni asfalt örtüyünün döşənməsi üçün hazırlıq görülür.

    Ümumilikdə işlər zamanı yola ikiqat olmaqla 12 sm qalınlığında yeni asfalt-beton örtüyü döşənir. İşlər zamanı yolun 12 km-də yerləşən körpünün də təmir olunması nəzərdə tutulub. Təmir-bərpa işləri yekunlaşdıqdan sonra zəruri olan yerlərə 52 ədəd yol nişanı quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlərin çəklişi işləri aparılacaq", - məlumatda bildirilib.

    Qeyd edək ki, Quba-Xaçmaz avtomobil yolunun bərpa olunması ilə 7 yaşayış məntəqəsinin on minlərlə sakininin gediş-gəlişi rahatlaşacaq, Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış təmin olunmaqla yük və sərnişin daşınması xeyli asanlaşacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi