Yuxarı

Quba-Bakı avtomobil yolu bağlanır

Mayın 30-dan yolda hərəkət məhdudlaşdırılacaq

Bakı. 27 may. REPORT.AZ/ Təmir işləri ilə əlaqədar olaraq Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolunun Ceyranbatan qəsəbəsindən keçən 1 km uzunluğunda olan hissəsi mayın 30-dan bağlanacaq.

"Azəravtoyol" ASC-nin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, hərəkətin tam olaraq məhdudlaşdırılması yalnız bir hərəkət istiqaməti üzrə (Bakı şəhəri istiqamətində) tətbiq olunacaq.

Təmir işləri aparılan müddət ərzində digər hərəkət hissəsi ilə (Sumqayıt şəhəri istiqamətində) avtonəqliyyat vasitələrinin ikitərəfli hərəkəti təmin ediləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi