Qorxmaz Hüseynov: "Zabratdakı kommunikasiya şəbəkələri infrastrukturun tələblərinə cavab vermir"

Qorxmaz Hüseynov: "Zabratdakı kommunikasiya şəbəkələri infrastrukturun tələblərinə cavab vermir" Hazırda bu ərazidə mövcud problemərin aradan qaldırılması üçün yeni layihələr hazırlanır
İnfrastruktur
17 Mart , 2017 10:19
Qorxmaz Hüseynov: Zabratdakı kommunikasiya şəbəkələri infrastrukturun tələblərinə cavab vermir
Report.az

Bakı. 17 mart. REPORT.AZ/ "Bu gün Zabrat qəsəbəsində mövcud kommunikasiya şəbəkələri infrastrukturun tələblərinə cavab vermir".

"Report"un xəbərinə görə, bunu jurnalistlərə açıqlama verən "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov bildirib.

Qəsəbə ərazisində bəzi sahələri su basması faktları ilə bağlı münasibət bildirən "Azərsu" sədri qeyd edib ki, hazırda sözügedən ərazidə mövcud olan problemi aradan qaldırmaq üçün yeni layihələr hazırlanır. 

"Layihələrin hazırlanması prosesi başa çatdıqdan sonra maliyyələşməsi nəzərdə tutulur. Bu layihələr icra olunaraq sözügedən ərazidə mövcud olan problemlərin aradan qaldırılması planlaşdırılır", - deyə Q.Hüseynov əlavə edib.

Son xəbərlər

Orphus sistemi