Qorxmaz Hüseynov: "Azərbaycanda içməli su ilə təmin olunan əhalinin sayı 2 dəfə artıb"

Qorxmaz Hüseynov: "Azərbaycanda içməli su ilə təmin olunan əhalinin sayı 2 dəfə artıb" Bakı. 18 fevral. REPORT.AZ/ Hazırda ölkə üzrə xidmət göstərilən əhalinin Bakıda 69%-i, regionlarda isə 44%-i fasiləsiz içməli su ilə təmin olunur.
İnfrastruktur
18 Fevral , 2019 12:39
Qorxmaz Hüseynov: Azərbaycanda içməli su ilə təmin olunan əhalinin sayı 2 dəfə artıb

Bakı. 18 fevral. REPORT.AZ/ "Hazırda ölkə üzrə xidmət göstərilən əhalinin Bakıda 69%-i, regionlarda isə 44%-i fasiləsiz içməli su ilə təmin olunur".

“Report” xəbər verir ki, bunu "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov Yeni Azərbaycan Partiyasının internet səhifəsinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, son illər icra edilən içməli su layihələri çərçivəsində məhsuldarlığı sutkada 1,6 mln. kubmetrdən çox olan 39 yeni içməli su mənbəyi istismara verilib: “Oğuz-Qəbələ-Bakı su kəməri, Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi, Mingəçevir, Quba, Xanbulan sutəmzləyici, Külüllü, Qızılqaya, Göygöl suqəbuledici qurğuları, Şirvan-Muğan, Sabirabad-Saatlı qrup su kəmərləri və bu kimi digər layihələr Azərbaycan vətəndaşlarının rifahının yüksəldilməsinə, onların sağlamlığının qorunmasına verilmiş ən böyük töhfədir”.

Q.Hüseynov qeyd edib ki, indiyə qədər su təchizatı layihələrinin icrasına başlanılan 49 şəhər və rayon mərkəzinin 38-də su şəbəkələrinin tikintisi başa çatdırılıb: “Şəhər mərkəzləri ilə yanaşı, əhalisinin sayı 1,4 mln. nəfər olan 1 050 kənd və qəsəbənin içməli su problemi öz həllini tapıb”. 

“Regional inkişaf proqramları çərçivəsində bölgələrdə 11 min km-dən çox magistral və paylayıcı su, 6 min km kanalizasiya xətləri çəkilib. Görülmüş işlərin real nəticəsi olaraq mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin olunan əhalinin sayı 2 dəfə, fasiləsiz su alanların xüsusi çəkisi isə 4,8 dəfə artıb”, - o vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi