Qobustan-Ələt dəmir yolu sökülür

Qobustan-Ələt dəmir yolu sökülür Bu gündən bu dəmir yolu xəttinin əsaslı təmirinə başlanılıb
İnfrastruktur
25 İyul , 2016 09:22
Qobustan-Ələt dəmir yolu sökülür

Bakı. 25 iyul. REPORT.AZ/ Azərbaycan dəmir yollarının əsaslı təmiri prosesinin növbəti mərhələsi davam edir. Bakı-Böyük Kəsik istiqamətində 600 km-lik dəmir yolunun əsaslı təmiri çərçivəsində bu gün Qobustan-Ələt mənzilində 7,2 km-in təmirinə start verilib. Təmir işləri bir həftə davam edəcək. Bu, “Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun "Report"a verdiyi məlumatda bildirilib.

Qeyd edək ki, əsaslı təmir işlərini 5 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC həyata keçirir. MMC-nin direktoru Rizvan Rzayevin verdiyi məlumata görə, artıq səhər saatlarında köhnə yolun söküntüsünə başlanılıb.

Xatırladaq ki, 14 aprel 2015-ci ildə “Azərbaycan dəmir yollarının yenidən qurulması Layihəsi"nin 2-ci mərhələsinin icrası məqsədilə “Azərbaycan Dəmir Yolları” QSC ilə Çexiyanın “Moravia Steel” şirkəti arasında “Azərbaycan Respublikası dəmir yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi-texniki təchizatı və əsaslı təmiri” barədə ixrac müqaviləsinə əlavə saziş imzalanıb.

Yeni layihənin icrasına ötən ilin oktyabr ayının sonunda başlanılıb və bu günə kimi 125 km-dən artıq dəmir yolu əsaslı təmir olunub.

Son xəbərlər

Orphus sistemi