"Qırmızı Körpü" sərhəd-keçid məntəqəsinin təkmilləşdirilməsi layihəsinə start verilib

"Qırmızı Körpü" sərhəd-keçid məntəqəsinin təkmilləşdirilməsi layihəsinə start verilib Bu layihənin 2 il ərzində həyata keçirilməsi nəzərdə tutulub
İnfrastruktur
5 May , 2016 10:41
Qırmızı Körpü sərhəd-keçid məntəqəsinin təkmilləşdirilməsi layihəsinə start verilib

Bakı. 5 may. REPORT.AZ/ Bu gün Azərbaycan və Gürcüstan arasında sərhəd keçid məntəqəsinin inkişaf etdirilməsinə dəstək üçün BMT-nin İnkişaf Proqramının (UNDP) Azərbaycan Nümayəndəliyi və Dövlət Gömrük Komitəsinin birgə layihəsinə rəsmən start verilib. 

"Report" xəbər verir ki, bu məqsədlə Bakıda Gürcüstan və Azərbaycan gömrük xidmətləri, Avropa İttifaqının nümayəndəliyi, diplomatik korpus və UNDP-nin hər iki ölkə ofisinin nümayəndələrinin iştirakı ilə açılış tədbiri keçirilib.

"Azərbaycan və Gürcüstan arasında "Sınıq Körpü" (Qırmızı Körpü) sərhəd keçid məntəqəsinin təkmilləşdirilməsinə dəstək" adlanan bu layihənin 2 il ərzində icrası nəzərdə tutulub.

Aİ-nin Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində bu layihənin icrasına Azərbaycan və Gürcüstana ümulikdə 2,666 mln. avro həcmində vəsait ayrılıb. Bu məbləğdən 1,8 mln. avro Azərbaycan tərəfinə təqdim olunub.

Aİ-nin Azərbaycandakı səfiri Malena Mard qeyd edib ki, Aİ layihənin uğurla reallaşması üçün lazımi dəstəyi göstərməyə hazırdır: "Layihə hər iki ölkə üçün çox əhəmiyyətlidir. Layihə çərçivəsində sanitar və fitosanitar nəzarət gücləndiriləcək. Hesab edirəm ki, bu 24 ay ərzində layihə uğurla həyata keçiriləcək".

Son xəbərlər

Orphus sistemi