Qeorqi Qaxariya: “BTQ regionda inkişafa, təhlükəsizliyə və xalqlarımızın rifahının yüksəlməsinə xidmət edəcək”

Qeorqi Qaxariya: “BTQ regionda inkişafa, təhlükəsizliyə və xalqlarımızın rifahının yüksəlməsinə xidmət edəcək” "Avropa ilə Asiyanı birləşdirəcək yeni dəmir yolu marşrutu yaradılacaq"
İnfrastruktur
24 Oktyabr , 2017 20:13
Qeorqi Qaxariya: “BTQ regionda inkişafa, təhlükəsizliyə və xalqlarımızın rifahının yüksəlməsinə xidmət edəcək”

Tbilisi. 24 oktyabr. REPORT.AZ/ "Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu təkcə üç ölkəni - Azərbaycan-Gürcüstan və Türkiyəni deyil, Çindən Avropaya qədər daha böyük regionu birləşdirəcək".

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu jurnalistlərə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Qeorqi Qaxariya deyib.

Onun sözlərinə görə, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin həyata keçirilməsinə 2008-ci ildən başlanılıb və artıq bu layihə istifadəyə hazırdır: "Yaxın günlərdə Bakıda Azərbaycan, Gürcüstan və Türkiyə dövlətlərarası saziş əsasında tikilən bu dəmir yolunun rəsmi açılışı olacaq. Əminəm ki, bu layihə regionda inkişafa, sülhə, təhlükəsizliyə və xalqlarımızın rifahının yüksəlməsinə xidmət edəcək”.

Nazir bildirib ki, Bakı-Tbilisi-Qars layihəsi işə düşdükdən sonra Avropa ilə Asiyanı birləşdirəcək yeni dəmir yolu marşrutu yaradılacaq. 

Son xəbərlər

Orphus sistemi