​Qazaxıstanla Azərbaycan arasında təyyarə reyslərinin qiyməti artırılır

​Qazaxıstanla Azərbaycan arasında təyyarə reyslərinin qiyməti artırılır Milli valyutanın üzən məzənnəyə keçməsi ilə əlaqədar avqustun 22-dən etibarən beynəlxalq reyslərin tarifləri 25%-dən başlayaraq artacaq
İnfrastruktur
21 Avqust , 2015 20:42
​Qazaxıstanla Azərbaycan arasında təyyarə reyslərinin qiyməti artırılır

Bakı. 21 avqust. REPORT.AZ/ “Air Astana” aviaşirkəti Qazaxıstanın milli valyutası tengenin devalvasiya ilə əlaqədar biletlərin qiymətini qaldırır.

“Air Astana”dan “Report”a verilən məlumata görə, milli valyutanın üzən məzənnəyə keçməsi ilə əlaqədar avqustun 22-dən etibarən beynəlxalq reyslərin tarifləri 25%-dən başlayaraq artacaq.

“Bildiyiniz kimi, dünya aviasənayesi bütün əməliyyatları əsasən ABŞ dolları ilə həyata keçirir. “Air Astana” da gəlirinin əsas hissəsini tengedə aldığından şirkət öz dollar öhdəliklərini ödəmək üçün tarifləri artırmaq məcburiyyətindədir”, - şirkətdən qeyd ediblər.

“Air Astana”dan bildiriblər ki, bu qiymət artımı tam olaraq şirkətin xərclərini ödəməyəcək, bu səbəbdən digər müvafiq ölçülər də götürüləcək.

Qeyd edək ki, “Air Astana” Astana və Almatı şəhərlərindən Bakıya mütəmadi aviareyslər həyata keçirir.

Son xəbərlər

Orphus sistemi