Yuxarı
    Bağlamaq

    ​Qazaxıstan aviaşirkəti Xəzərdən raket zərbələrinə görə Almatı-Bakı reysinin istiqamətini dəyişib

    Airastana təhlükəsizlik məqsədilə digər reyslərinin marşrutlarını da dəyişmək niyyətindədir

    Bakı. 16 oktyabr. REPORT.AZ/ Qazaxıstana məxsus "Airastana" milli aviaşirkəti Rusiya Hərbi-Dəniz Qüvvələrinin gəmisindən Xəzər dənizi üzərindən raket zərbələrinin endirilməsi ilə əlaqədar olaraq Almatı-Bakı-Almatı reysinin marşrutunda dəyişikliklər edib.

    "Report"un "Astana" telekanalına istinadən verdiyi məlumata görə, aviaşirkət, həmçinin bildirib ki, yaxın vaxtlarda Almatı-Tbilisi və Almatı-İstanbul reyslərinin marşrutları da dəyişdirilə bilər: "Hava gəmiləri Xəzər dənizinin tamamilə kənarından keçərək, reyslərini yerinə yetirəcəklər".

    Aviaşirkətdə, həmçinin bildirilib ki, Almatı-Bakı reysi üzrə uçuşların sürəkliyi trayektoriyanın dəyişməsinə görə çoxalıb. Həmçinin yanacaq xərcləri də artıb, ancaq bu, biletlərin qiymətinə təsir göstərməyib.

    "Biz sərnişinlərdən bu məsələyə anlayışla yanaşmalarını xahiş edirik. Çünki bu yenmə də təhlükəsizlik tədbirlərinin artırılması ilə əlaqdar həyata keçirilir", - deyə aviaşirkətdən bildirilib.

    Xatırladaq ki, Rusiyanın Xəzər üzərindən Suriya ərazisindəki hədəflərə uzunmənzilli raketlərlə zərbələr endirməsi beynəlxalq aviasiya təşkilatları və aviaşirkətlərin narahatlığına səbəb olub. Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi (AAT) Xəzər dənizi, İran və İraq üzərindən hava daşımaları üzrə uçuşlar həyata keçirən aviaşirkətlərə xəbərdarlıq edib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi