Qazaxda su təchizatı və kanalizasiya sistemi yenidən qurulacaq

Qazaxda su təchizatı və kanalizasiya sistemi yenidən qurulacaq Bakı. 8 yanvar. REPORT.AZ/ Azərbaycan hökumətinin Asiya İnkişaf Bankı ilə birlikdə həyata keçirdiyi layihə çərçivəsində Qazaxda su təchizatı və kanalizasiya sisteminin yenidən qurulmasına başlanılacaq.
İnfrastruktur
8 Yanvar , 2019 11:05
Qazaxda su təchizatı və kanalizasiya sistemi yenidən qurulacaq
0 : 00
0 : 00

Bakı. 8 yanvar. REPORT.AZ/ Azərbaycan hökumətinin Asiya İnkişaf Bankı ilə birlikdə həyata keçirdiyi layihə çərçivəsində Qazaxda su təchizatı və kanalizasiya sisteminin yenidən qurulmasına başlanılacaq. 

Bu barədə "Report"a “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib. 

“İşlərə bu ilin I yarısında başlanılacaq. Həmçinin, beynəlxalq əməkdaşlıq çərçivəsində Almaniya İnkişaf Bankının (KFW) ayırdığı kreditlə bu il Gəncə və Şəkidə eyni işi davam etdirəcəyik. Bundan başqa, Səudiyyə İnkişaf Fondunun maliyyə dəstəyi ilə Xırdalanda su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması başa çatdırılacaq", - o qeyd edib.

Son xəbərlər

Orphus sistemi