Yuxarı
    Bağlamaq

    Qaxda 26 km-lik avtomobil yolunun təmiri yekunlaşmaq üzrədir - VİDEO

    Alatəmir-Marsan-Tasmalı-Zəyəm-Lələli yolu 4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulub© Azeravtoyol.gov.az

    Bakı. 25 may. REPORT.AZ/ Qax rayonunda 4-cü texniki dərəcəyə uyğun yenidən qurulan Alatəmir-Marsan-Tasmalı-Zəyəm-Lələli avtomobil yolunda işlər yekunlaşmaq üzrədir.

    "Report" "Azəravtoyol" ASC-yə istinadən xəbər verir ki, uzunluğu 26 km və əvvəllər torpaq-çınqıl örtüklü olan avtomobil yolunun 19 km-lik əsas hissəsində təmir-tikinti işləri artıq bitib. 

    Hazırda Fısdıqlı və Marsan-Cüdüllü kəndilərinə gedən 7 km-lik giriş yollarının yenidən qurulması istiqamətində son tamamlanma işləri görülür, yeni asfalt-beton örtüyü salınır.

    Layihə çərçivəsində 10 metr enində yeni yol yatağı inşa edilib. Bura 6 metr yol əsası və 2 metr enində çiyinlər daxildir. Ümumilikdə isə yolun 150 min m2-dən çox hissəsinə 12 sm qalınlığında yeni asfalt-beton örtüyün döşənməsi işləri görülür.

    Yenidənqurma işləri zamanı Fıstıqlı və Marsan-Cüdüllü kəndlərinə gedən yolların üzərində olan yeni avtomobil körpüləri də inşa olunub. Müvafiq olaraq körpülərin uzunluqları 9.5 və 24 metr təşkil edir. Hər iki körpünün eni isə 11 m-dir. Bundan başqa yol boyu 65 metr uzunluğunda müxtəlif diametrli suötürücü dəmir-beton borular quraşdırlıb.

    Qeyd edək ki, Alatəmir-Marsan-Tasmalı-Zəyəm-Lələli avtomobil yolu 7 mindən çox əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirir. Yolun yenidən qurulması ilə sözügedən ərazidə yük və sərnişin daşıması xeyli yaxşılaşacaq, yetişdirilən məhsulların rahat şəkildə rayon mərkəzlərinə rahat daşınmasına imkan yaranacaq. Bu isə öz növbəsində kənd təsərrüfatının inkişafına müsbət təsir etməklə yol boyu yaşayan əhalinin sosial rifahını yüksəldəcək. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi