Yuxarı

Bakı metrosunda yeni rabitə sistemi quraşdırılacaq

Qatar maşinisti ilə radiorabitəni təmin etmək mümkün olacaq

Bakı metrosunda yeni rabitə sistemi quraşdırılacaq.

“Report” xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin İşarəvermə və rabitə xidmətinin rəisi Elçin Məmmədov bildirib. 

Onun sözlərinə görə, bu sistemə qədər müəyyən yerlərə növbətçilər nəzarət edə bilmirdi.

“Yeni sistem qurulandan sonra bütün nəzarət növbətçiyə ötürüləcək. Köhnə qatar-rabitə sistemi dalğaötürücü vasitəsilə həyata keçirilirdi. Belə ki, qatar maşinisti ilə növbətçi arasında informasiya ancaq bu dalğaötürücü vasitəsilə ilə ötürülürdü və stansiya arasında anten rolunu oynayırdı. Amma gələcəkdə quraşdırdığımız radiorabitə sistemində sadəcə antenlər qoyulmaqla vahid bir şəbəkə üzərindən qatar maşinisti ilə radiorabitəni təmin etmək mümkün olacaq”, - E.Məmmədov vurğulayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi