Yuxarı

"Qatar Airways" yeni endirim kampaniyasına başlayıb

Uçuşlar dekabrın 10-a qədər davam edəcək

Bakı. 15 aprel. REPORT.AZ/ "Qatar Airways" aviaşirkəti yeni endirim kampaniyasına start verib. Şirkətdən “Report”a verilən məlumata görə, bəzi istisnalarla endirimlər bütün istiqamətlərə tətbiq olunur. Endirimli uçuşlardan yararlanmaq üçün aprelin 19-dək bilet almaq və ya rezervasiya etmək lazımdır. Uçuşlar isə dekabrın 10-dək həyata keçirilməlidir.

Qətər çıxışlı bütün rezervasiyalar, Doha üzərindən tranzit olan, digər ölkə çıxışlı uçuşlar, habelə son məntəqəsi Doha olan uçuşlara icazə verilir. Qiymətlərə bütün vergilər, güzəştlər və bütün xərclər daxildir. Xidmət haqları "Qatar Airways"in satış ofisləri və səyahət agentliyi vasitəsilə alınan biletlər üçün şamil edilə bilər. Güzəştlər yalnız "ekonom" və "biznes" sinifi gediş-dönüşlü biletlərə şamil olunur. "Biznes" sinfin mövcud olmadığı uçuşlarda güzəşt birinci sinif biletlərə şamil olunur. Biletlər bir xidmətlə əvəz və başqa adama həvalə edilə bilməz. Braziliya, İran və Koreya çıxışlı uçuşlar istisna olmaqla, uçuşdan əvvəl və sonra biletlər ləğv oluna bilməz, bu məntəqələrdən çıxışlı biletlərdə uçuşdan əvvəl olan biletlər cərimə ödəməklə ləğv oluna bilər. Uçuş tarixindən sonra ləğv olunan biletlər qaytarıla və dəyişdirilə bilməz. Braziliya, İran və Koreya çıxışlı biletlər müvafiq cərimələrlə qaytarıla bilər. Uşaq və körpələr üçün standard güzəştlər tətbiq olunur.

Çıxış məntəqəsi İstiqamət "Ekonom" sinif     "Biznes" sinif    
Bakı Guançjou 514 AZN 1350 AZN
Bakı Phuket 572 AZN 1520 AZN
Bakı Banqkok 629 AZN 1493 AZN
Bakı Ho Şi Min 704 AZN 2022 AZN
Bakı Sinqapur 709 AZN 2228 AZN
Bakı Kolombo 763 AZN 2220 AZN
Bakı Kuala Lumpur         742 AZN 1805 AZN
Bakı Maldiv Adaları 744 AZN 2080 AZN
Bakı Tokio 833 AZN 2025 AZN
Bakı Denpasar Bali 1131 AZN 2478 AZN
Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi