“Qatar Airways” biznes sinfində olan uçuşlar üçün endirim kampaniyasına başlayıb

“Qatar Airways” biznes sinfində olan uçuşlar üçün endirim kampaniyasına başlayıb Biletlərin satış müddəti 11-17 may, uçuş tarixləri isə mayın 15-dən dekabrın 10-na qədərdir
İnfrastruktur
11 May , 2015 11:34
“Qatar Airways” biznes sinfində olan uçuşlar üçün endirim kampaniyasına başlayıb

Bakı. 11 may. REPORT.AZ/ Qətərin “Qatar Airways” Hava Yolları Şirkəti növbəti endirim kampaniyasına başlayıb. Budəfəki endirim biznes sinfində səyahət etməyi sevən sərnişinlər üçündür. 

Şirkətdən “Report”a verilən məlumata görə, “Qatar Airways” öz sərnişinlərinə 2 al 1 ödə təklifindən yararlanmağı təklif edir.

Biletlərin satış müddəti 11-17 may, uçuş tarixləri isə mayın 15-dən dekabrın 10-na qədərdir. Avstraliya, Eritreya, İndoneziya, Nepal, Sinqapur və İsveçrəyə olan reyslər istisna olmaqla, kampaniya "Qatar Airways" şirkətinin dünya üzrə yerinə yetirdiyi uçuşlara şamil olunur.

Aksiya yalnız Honq Konq çıxışlı və Dohadan tranzit olan uçuşlar üçün etibarlıdır. Eyni rezervasiyada səyahət edən 2 nəfərdən 8 nəfər sərnişinə kimi etibarlıdır. Buna həmçinin təyyarədə oturacaq yeri tutan körpə və uşaqlar da daxildir.

Bu təklifdən yararlanmaq üçün uşağa böyük sərnişin tarifi ilə bilet alınmalıdır. İran istisna olmaqla, bütün digər istiqamətlərdən başlayan uçuşlarda, təyyarədə oturacaq tutmayan körpələr üçün tam sərnişin tarifinin 20% ilə bilet alınmalıdır, İran çıxışlı uçuşlarda tarifin 10% məbləği hesablanır.

Kampaniya yalnız gediş-dönüş uçuşlarına tətbiq olunur və bütün sərnişinlər bütün marşrutu bir yerdə tamamlamalıdırlar. Güzəştlər yalnız biznes sinif gediş-dönüş biletlərinə tətbiq olunur. Biznes sinif olmayan uçuşlarda birinci sinif biletlər tətbiq olunur.

Göstərilən qiymətlərə güzəştlər, yığımlar, vergilər və hava limanı vergiləri daxildir.

Minimum qalma müddəti isə Afrika və Orta Şərq çıxışlı uçuşlar, birinci sinif (A)/biznes sinifi (I) - 2 gün, bütün digər uçuşlar, birinci sinif (A)/biznes sinifi (I) - 5 gün, maksimum qalma müddəti, birinci (A) və biznes sinifi (A)vuçuşlarda 3 ay.

Uçuşdan əvvəl, habelə uçuşdan sonra bilet qaytarıla bilməz, Braziliya, İran, Cənubi Koreya çıxışlı biletlər istisnadır, uçuşdan əvvəl ləğv olunan biletlər müəyyən ödəniş qarşılığı qaytarıla bilər.

Bilet tarixindəki dəyişikliklər marşrut və sinifdən asılı olaraq edilə bilər, siniflər arasındakı fərqlər əlavə olaraq ödənilməlidir. Hər hansı dəyişiklik və ya ləğv ödənişindən əlavə 500 USD "No-Show" cəriməsi alınır.

Bir neçə reysin qiymətini təqdim edirik.

Çıxış məntəqəsi İstiqamət Biznes sinif (2 sərnişin üçün bütün vergilər daxil olmaqla)
Bakı Guançjou 2333 manat
Bakı Kasablanka 2617 manat
Bakı Banqkok 2834 manat
Bakı Filadelfiya 2982 manat
Bakı Kolombo 3447 manat
Bakı Maldiv Adaları 3638 manat
Bakı Honq Konq 3792 manat
Bakı Sinqapur 4141 manat
Bakı Denpasar Bali 4294 manat
Bakı Melburn 6607 manat

Son xəbərlər

Orphus sistemi