Yuxarı
    Bağlamaq

    "Qatar Airways" Bakıdan uçuşlara endirim edib

    Endirimli aviabiletlərlə uçuş iyunun 10-dək yerinə yetirilməlidir

    Bakı. 9 mart. REPORT.AZ/ “Qatar Airways” aviaşirkəti qlobal endirimlərə start verib. Kampaniya çərçivəsində 140-dan çox istiqamətə uçuş reallaşdırılacaq. Sərnişinlər bu gündən etibarən martın 13-dək reservasiyalarını edib, aviaşirkətin "ekonom" və "biznes" sinifli uçuşlarının endirimli kampaniyalarından yararlana bilərlər.

    “Report”un aviaşirkətə istinadən verdiyi məlumata görə, güzəştli uçuşlara Bakıdan gerçəkləşdiriləcək bir neçə reys də daxildir. Təkliflər aprelin 1-dən iyulun 10-na qədər həyata keçiriləcək uçuşlar üçün etibarlıdır. Güzəştlər bütün "Qatar Airways" istiqamətlərinə tətbiq edilir.

    Qiymətlərə bütün vergilər, güzəştlər və bütün xərclər daxildir. Xidmət haqları “Qatar Airways”in satış ofisləri və səyahət agentlikləri vasitəsi ilə alınan biletlər üçün şamil oluna bilər. Güzəştlər yalnız "ekonom" və "biznes" sinifi gediş-dönüşlü biletlərə şamil olunur. "Biznes" sinifin mövcud olmadığı uçuşlarda güzəşt birinci sinif biletlərə şamil edilir.

    Qeyd edək ki, müəyyən istiqamətlərə həftə sonu əlavə ödəniş tətbiq edilə bilər. Güzəştlər isə rezervasiya zamanı ödənilən biletlərə şamil olunur. Biletlər bir xidmət ilə əvəz edilə bilməz və başqa adama həvalə edilə bilməz.

    Çıxış məntəqəsi          İstiqamət                      "Ekonom"        "Biznes"          
    Bakı Dubay 264 AZN 611 AZN
    Bakı Guançjou 546 AZN 1104 AZN
    Bakı Phuket 603 AZN 1238 AZN
    Bakı Kolombo 724 AZN 3019 AZN
    Bakı MaldivAdaları 740 AZN 1708 AZN
    Bakı Sinqapur 764 AZN 1977 AZN
    Bakı Cakarta 867 AZN 2957 AZN
    Bakı KualaLumpur 873 AZN 1514 AZN
    Bakı DenpasarBali 1172 AZN 2061 AZN
    Bakı Melburn 1892 AZN 3171 AZN
    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi