"Qatar Airways" Bakıdan reallaşan aviareyslərə endirim edib

"Qatar Airways" Bakıdan reallaşan aviareyslərə endirim edib Endirimlər yalnız ekonom və biznes sinifli gediş-dönuş biletlərinə şamil olunur
İnfrastruktur
29 İyun , 2015 15:57
Qatar Airways Bakıdan reallaşan aviareyslərə endirim edib

Bakı. 29 iyun. REPORT.AZ/ “Qatar Airways” aviaşirkəti bu gündən etibarən iyulun 5-dək Bakıdan çox ölkələrə uçuşların qiymətində endirim edib. 

“Qatar Airways”dən “Report”a verilən məlumata görə, təklif sentyabrın 1-dən dekabrın 10-dək həyata keçirilən reyslərdə etibarlıdır. Güzəştlər bütün "Qatar Airways" istiqamətlərinə tətbiq edilir və rezervasiya zamanı ödənilən biletlərə şamil olunur.

Endirimlər yalnız ekonom və biznes sinifə aid gediş-dönuş biletlərinə şamil olunur. Biznes klassın mövcud olmadığı uçuşlarda güzəşt birinci sinif biletlərə şamil olunur. Qiymətlərə bütün vergi, güzəşt və xərclər daxildir. Xidmət haqları "Qatar Airways"in satış ofisləri və səyahət agentlikləri vasitəsi ilə alınmış biletlər üçün şamil oluna bilər. Məntəqədə qalma müddəti ən azı 3 gün, axır istiqamət Doha olduğu halda - ən azı 5 gün, maksimum isə 1 aydır. Uçuşdan əvvəl və uçuşdan sonra biletlər ləğv oluna bilməz. Uşaq və körpələr üçün standart güzəştlər tətbiq olunur.

Çıxış  İstiqamət Ekonom sinif  Biznes sinif
Bakı Dubay 332 781
Bakı Phuket 576 1 594
Bakı Banqkok 617 1 751
Bakı Dehli 618 1 655
Bakı Nyu York 675 1 641
Bakı Sinqapur 780 2 625
Bakı Cakarta 808 2 203
Bakı Kuala Lumpur 816 1 990
Bakı Denpasar Bali 1 477 2 735

Bununla yanaşı, aviaşirkət bu gündən etibarən iyulun 8-dək Bakı-Tiflis təktərəfli və ikitərəfli uçuşlarına da endirim edib. Belə ki, ekonom sinif üçün Bakı-Tiflis-128 manat, Tiflis-Bakı 122 manatdır, Bakı-Tiflis-Bakı reysi isə 226 manat olub.

Son xəbərlər

Orphus sistemi