"Qatar Airways" Bakıdan bir çox istiqamətlərə endirim kampaniyasına başlayıb

"Qatar Airways" Bakıdan bir çox istiqamətlərə endirim kampaniyasına başlayıb Biletlərin satışı bu gündən başlayaraq avqustun 20-ə qədər davam edəcək
İnfrastruktur
18 Avqust , 2015 14:23
Qatar Airways Bakıdan bir çox istiqamətlərə endirim kampaniyasına başlayıb

Bakı. 18 avqust. REPORT.AZ/ “Qatar Airways” aviaşirkəti avqustun 21-dən etibarən oktyabrın 16-dək Bakıdan bir çox ölkələrə uçuşların qiymətində endirim edib.

“Qatar Airways”dən “Report”a verilən məlumata görə, qeyd olunan endirimlər üçün biletlərin satışı bu gündən başlayaraq avqustun 20-ə qədər davam edəcək.

Güzəştlər bütün "Qatar Airways" istiqamətlərinə tətbiq edilir və rezervasiya zamanı ödənilən biletlərə şamil olunur.

Budəfəki endirimlər yalnız "biznes sinif"ə aid gediş-dönuş biletlərinə şamil olunur. "Biznes klass"ın mövcud olmadığı uçuşlarda güzəşt “Birinci” sinif biletlərinə şamil edilir. Qiymətlərə bütün vergi, güzəşt və xərclər daxildir. Xidmət haqları "Qatar Airways"in satış ofisləri və səyahət agentlikləri vasitəsilə alınmış biletlər üçün şamil oluna bilər. Məntəqədə qalma müddəti ən azı 3 gün, ən çoxu isə 4 ay nəzərdə tutulub. "Biznes sinif" biletlər uçuş tarixinə ən geci 5 gün qalmış alınmalıdır.

Uçuşdan əvvəl və uçuşdan sonra biletlər ləğv oluna bilməz. Uşaq və körpələr üçün standart güzəştlər tətbiq olunur.

Çıxış məntəqəsi İstiqamət "Biznes sinif"
Bakı Barselona 1 273 AZN
Bakı Cakarta 2 362 AZN
Bakı Çonqinq 1 715 AZN
Bakı Şri Lanka 2 326 AZN
Bakı Seul 2 285 AZN
Bakı Osaka 2 556 AZN
Bakı Kuala Lumpur 2 040 AZN
Bakı Maldiv 2 453 AZN
Bakı Narita 2 391 AZN
Bakı Filadelfiya 1 915 AZN

Son xəbərlər

Orphus sistemi